Azərbaycanlı modelyer “ulduzlar” aləmində

post-img

Dünyaca məşhur müğənni-aktrisa Rita Ora azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edib. 

32 yaşlı britaniyalı ifaçı bir neçə gün əvvəl “Watch What Happens Live” proqramına həmyerlimizin hazırladığı libasla qatılıb. Bu barədə modelyer özünün “İnstagram” səhifəsində məlumat verərək müğənninin həmin libasda fotolarını paylaşıb.

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdr. Onun moda nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. R.İsmayıl hazırladığı geyimlərə görə “Türkiyənin ən yaxşı dizayneri” adına layiq görülüb. 

Həmyerlimizin hazırladığı geyimləri Beyons, Cennifer Lopez, Avril Lavin və digər dünya ulduzları da geyinirlər. 

F. SALMAN
 XQ

 

Son xəbərlər