Mikroavtobus kanala düşüb

post-img

Salyanda yol qəzası baş verib, mikroavtobus yoldan çıxaraq kanala düşüb. Qəzada bir nəfər ölüb.

Yol qəzası bu gün (dünən-müəllif) səhər saatlarında Salyan rayonunun Xalac kəndi ərazisində baş verib. Adıçəkilən kənd sakini Qurban Gözəlov idarə etdiyi “Ford” markalı mikroavtobusla hərəkətdə olarkən idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişin - Xalac kənd sakini Bəyanə Eyyubova ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

XQ

 

Son xəbərlər