“Cırtdan ulduz”lar Günəşdən 2 dəfə ağırdır

post-img

Neytron ulduzlarının mövcudluğu 1967-ci ildə qadın astrofizik Cozelin Bellin pulsarları (şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduz) aşkar etməsindən sonra məlum olub. Bu ulduzlar Günəşdən 70 min dəfə kiçikdir. Onların diametri ortalama 10–20 kilometr, kütləsi isə Günəşdən 2 dəfə çoxdur. Bir qaşıq neytron ulduzu maddəsinin çəkisi Yer kürəsində 100 milyon tona bərabərdir. Həmin maddə neytron ulduzda 6 milyard tondur. 

Xatırladaq ki, neytron ulduzları – Supernova (güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduz) partlayışı zamanı ortaya çıxan çox sıx və öz oxu ətrafında sürətlə dövr edən obyektlər­dir. Partlayışı nəticəsində ulduzun üst qatları kosmosa dağılır, ortada isə hə­min ulduzun yalnız nüvəsi qalır. Yük­sək təzyiq və temperatur altında nüvə­nin elektronları və protonları birləşərək neytronları əmələ gətirir. Bu supersıx və kütləli nüvəni Neytron ulduzu adlan­dırırlar. 

P.ƏFƏNDİ
XQ

Dünya