İsveç daha Quranın yandırılmasına icazə vermir

post-img

İsveçdə Quranın yandırılmasının təşkilatçısı, İraq əsilli mühacir Salvan Momikaya Malmo şəhərində növbəti aksiya keçirmək qadağan edilib. Xəbəri İsveçin SVT telekanalı verib.

İsveçin polis idarəsinin sözçüsü Rikard Lundqvist deyib ki, İraq mühacirinin aksiyası ictimai asayişi pozur: “Malmonun aksiya təşkil olunacağı ərazisində müsəlman ölkələrindən çoxlu sayda miqrant yaşayır. Sentyabrın əvvəlində Momika Quranı növbəti dəfə yandırandan sonra iğtişaşlar baş verdi”.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya