Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycan Respublikası gömrük orqanları üçün Dürüstlük Strategiyasının və Fəaliyyət Planının hazırlanması və gücləndirilməsi” üzrə seminar keçirilir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin verdiyi məlumata görə, üç gün davam edəcək seminarda Ümumdünya Gömrük Təşkilatının ekspertləri Mercedes Cano və Takayuki Fukuşima tərəfindən “Gömrük işi sahəsində dürüstlük: əsas anlayışlar və bu sahədə aparıcı təşkilat qismində ÜGT-nin rolu”, “Yenilənmiş Aruşa bəyannaməsi və onun komponentləri”, “Maraqlı tərəflərlə dialoqun hazırlanması: əsas mesajlar və nəticə, prioritetlərin sintezi: institusional yol xəritəsinin layihəsi” və digər mövzularda məlumatlar veriləcək.