Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb.
Ondan kultivasiya edərək yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiya edərək yetişdirən daha 6 nəfər saxlanılıb. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.
Ümumiyyətlə, iyunun 17-də ümumi çəkisi 7,6 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 4,8 tondan artıq çəkidə 4706 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ