Gürcüstan ATƏT-in müşahidə missiyasını yerli seçkilərə dəvət etməyib

post-img

Gürcüstan hakimiyyəti ATƏT/DTİHB missiyasını oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməmək qərarına gəlib. Bunu Baş nazir İrakli Kobaxidze bildirib. Xəbəri “Kommersant” verib. 

“Biz hesab edirik ki, bu halda ATƏT/DTİHB-i yerli seçkilərimizlə yükləməyə ehtiyac yoxdur", - deyə cənab Kobaxidze brifinqdə bildirib. Onun sözlərinə görə, ATƏT/DTİHB “parlament seçkilərini müşahidə edib, müvafiq nəticə çıxarıb, lakin bu nəticə heç kəsi maraqlandırmayıb”.

Hökumət başçısı bununla bağlı ATƏT/DTİHB-nin 2024-cü il oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı rəyinə istinad edib. Həmin vaxt beynəlxalq müşahidəçilər səsvermənin təşkilində nöqsanları və hakim “Gürcü Arzusu” (GD) partiyasının qanun pozuntularını, o cümlədən “inzibati resurslardan” istifadəsini qeyd ediblər. Eyni zamanda, onlar ümumilikdə seçkiləri etibarlı, seçki kampaniyasını isə “rəqabətli” kimi tanıyıblar.

P.ƏMİRCANOV
XQ

Dünya