Bu gün Ukraynanı NATO-ya qəbul etmək mümkün görünmür. Bu barədə Polşa Prezidenti Anjey Duda bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.
Duda deyib: “Lap başdan biz özümüzə hesabat verirdik ki, Ukraynanın Şimali Atlantika blokuna tamhüquqlu üzv kimi birləşməsi haqqında hazırda söhbət belə ola bilməz”.
Dövlət başçısı izah edib ki, Ukraynanın bloka daxil olmasını tormozlayan əsas faktor hazırkı hərbi münaqişədir. Onun sözlərinə görə, nə qədər ki, NATO üzvü olan ölkələrin kollektiv müdafiə öhdəlikləri var, aydındır ki, təşkilatdakı ölkələr öz üzərlərinə belə bir məsuliyyət götürmək istəmirlər.
Paşa ƏMİRCANOV
XQ