ABŞ Cənubi Koreyaya F-35-lər satacaq

post-img

ABŞ Dövlət Departamenti F-35 qırıcılarının Cənubi Koreyaya satışılacağını təsdiqləyib. Bununla bağlı ABŞ müdafiə və təhlükəsizlik üzrə qurumlarına istinadən TASS məlumat yayıb.

Bildirilib ki, satışın dəyəri 5,06 milyard dollar təşkil edəcək. 

Məlumata görə, bu vəsaitə 25-ə qədər F-35A qırıcısı, 26 qırıcı mühərriki, elektron müharibənin proqramlaşdırılması üçün laboratoriya dəstəyi və digər müvafiq avadanlıqlar daxil edilib.

Departament əmin edib ki, bu texnikanın tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda əsas hərbi balansı dəyişməyəcək.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya