Danimarka Rusiya səhiyyə nazirinin müavinini ölkəyə buraxmayıb

post-img

Danimarka hökuməti ÜST-nin Kopenhagendə keçirilən regional iclasında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb. Bu barədə Rusiya səfirliyi məlumat yayıb.

“Danimarka hakimiyyəti ÜST-nin Avropa Regional Bürosunun Kopenhagendə yerləşdiyini nəzərə alaraq, Rusiya da daxil olmaqla ÜST-yə üzv dövlətlərin rəsmi nümayəndələrinin Danimarkadakı hadisələrə maneəsiz çıxışını təmin etmək üzrə öhdəliklərini həyasızcasına pozdu. Səfirlik insidentlə bağlı Danimarka rəsmilərindən izahat və üzr istəyəcək”, - departamentin açıqlamasında bildirilir.

ÜST-nin regional toplantısı 12-14 sentyabrda keçirilir. Danimarka rəsmilərindən hələlik heç bir rəsmi şərh yoxdur.

XQ

Dünya