Sevastopol qanadlı raketlər və dronlarla vurulub - VİDEO

post-img

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Ukrayna mətbuatına bildirib ki, Sevastopolda gəmi və sualtı qayıq zədələnib.

Onun sözlərinə görə, zərbə nəticəsində gəmi təmiri zavodunun avadanlıqları da zədələnib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Sevastopolda S. Orconikidze adına gəmi təmiri zavoduna on qanadlı raketlə zərbə endirib. Departament iddia edir ki, Rusiya hava hücumundan müdafiə sistemləri yeddi raketi vurub, qalan üç raket isə təmirdə olan iki gəmini zədələyib.

“Shot” teleqram kanalının məlumatına görə, “Rostov-na-Don” dizel-elektrik sualtı qayığı və “Minsk” iri desant gəmisi zədələnib.

Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk daha əvvəl Sevastopoldakı gecə hücumunun təyyarələrdən həyata keçirildiyinə eyham vurmuş, pilotlara təşəkkür etmişdi.

XQ


Dünya