ABŞ və Ermənistan hərbçilərinin birgə hərbi təlimləri başlayıb

post-img

ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” (“Qartal tərəfdaşı 2023”) birgə təlimləri başlayıb. Bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının sözçüsü “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

Bildirilib ki, açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Qeyd olunur ki, Ermənistanla ABŞ arasında keçirilən birgə təlimlərdə 175 erməni və 85 amerikalı hərbçi iştirak edir. “Eagle Partner 2023” birgə təlimlərinin 9 gün davam edəcəyi planlaşdırılıb.

Təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzində keçiriləcək.

Qeyd edək ki, rəsmi Moskva ABŞ tərəfi ilə Ermənistanda birgə hərbi təlimlərə öz mənfi reaksiyasını bildirib və son bir həftə ərzində bir neçə dəfə “narahatlığını” ifadə edib.

Rizvan FİKRƏTOĞLU,
XQ

Dünya