Çin şirkəti ilə ölkəmizdə elektrik avtomobillərinin istehsalına dair fikir mübadiləsi aparılıb

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Çinin “Jiubai Import & Export” şirkətinin nümayəndələri ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə ölkəmizdə “yaşıl enerji” və elektrik avtomobillərinin istehsalı, ətraf mühitin qorunmasında əhəmiyyətli olan bu sahələrə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə Çin şirkəti KOBİA-nın biznesə göstərdiyi dəstək və xidmətlər, o cümlədən yerli və xarici iş adamlarının əlaqələndirilməsinə Agentliyin dəstəyi barədə məlumatlandırılıb.

İqtisadiyyat