Ermənistanda Paşinyanın anti-Rusiya mövqeyini tənqid edən blogger oğurlanıb

post-img

Rusiyalı bloger Mikael Badalyan Ermənistanın baş naziri Nikol Paşinyanı açıq şəkildə tənqid etdikdən sonra Qorisdə oğurlanıb. Gazeta.ru xəbər verir ki, bu barədə Sputnik radiosunda “Primusun təmiri” verilişinin müəllifi Yevgeni Primakov məlumat verib.

Primakovun sözlərinə görə, Badalyan sentyabrın 6-da Qorisdə otelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb. Hadisənin şahidi erməni kilsəsinin keşişi olub. Bu barədə radioproqramın müəllifinə İrəvandan adını açıqlamayan mənbə məlumat verib.

Adam oğurlanmasından bir gün əvvəl Badalyan Sputnik radiosunda Ermənistanın baş nazirini siyasətçinin anti-Rusiya mövqeyinə görə sərt şəkildə tənqid edib. Primakov ümid etdiyini bildirib ki, hadisə blogerin onun müəllif proqramındakı çıxışı ilə bağlı deyil.

“Mən gözləyirəm ki, Ermənistanın səlahiyyətli orqanları vəziyyəti dərhal başa düşəcək və Mikael Badalyanın taleyi və təhlükəsizliyi ilə bağlı ictimaiyyətə hərtərəfli və şəffaf cavab verəcək”, - deyə Primakov bildirib.

XQ

Dünya