BMT TŞ Ukrayna ilə bağlı müzakirə keçirəcək

post-img

BMT Təhlükəsizlik Şurasının iclası sentyabrın 8-də keçirilə bilər. İclasda bir il əvvəl Ukrayna ərazilərində baş tutmuş referendumlar mövzusu müzakirə olunacaq. Bu barədə “RİA Novosti” TŞ-dəki mənbəsinə istinadən  məlumat yayıb. 

Məlumata görə, təşəbbüs ABŞ və Albaniya tərəfindən irəli sürülüb. Hər iki ölkə məruzəçi kimi BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlonun çıxış etməsini istəyib. 

Bir qədər əvvəl TŞ-yə sədrlik edən Albaniyanın daimi nümayəndəsi Fərid Xoca bəyan edib ki, BMT TŞ-nin Ukrayna ilə bağlı sentyabrın 20-nə planlaşdırılan iclası nümayəndəliklərin başçıları səviyyəsində keçiriləcək. 

Rusiyanı iclasda XİN başçısı Sergey Lavrov təmsil edəcək. 

 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya