13 yaşlı idmançımız iki erməniyə qalib gələrək Avropa çempionu oldu

post-img

Türkiyənin İstanbul şəhərində keçirilən “Wako”  versiyası üzrə Avropa çempionatında azərbaycanlı idmançı erməni rəqiblərinə qalib gəlib.

“XQ”  Azərbaycan  Kikboksinq Federasiyasına istinadən xəbər verir ki, “Wako”  Dünya çempionatının iştirakçısı, 13 yaşlı Nizami Əliyev 2 erməni idmançısına qalib gələrək “Wako” versiyasının Avropa çempionu titulunu qazanıb.

Belə ki, Nizami Əliyev 32 kq çəki dərəcəsində 1-ci rəqibinə (Papyan Serj ) 3-0 qalib gələrək finala yüksəlib və finalda eyni çəki dərəcəsində rəqibinə (Mikayelyan Mark) 3-0 qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, 13 yaşlı Nizami Əliyev 2022-ci ildə İtaliyanın Jesolo şəhərində keçirilən “Wako” Dünya çempionatının final döyüşündə (Kuw) Kuveyt idmançısı Karam Mohammada qalib gələrək dünya çempionu olub.

Elçin ABBASOV,

XQ

İdman