Türkiyə Futbol Federasiyası UEFA-ya müraciət edib

post-img

Türkiyə Futbol Federasiyası (TFF) 2026-cı ildə UEFA Avropa Liqası, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu üçün namizədliyini verdikləri stadionun adını açıqlayıb.

“XQ” xəbər verir ki, TFF-nin İdarə Heyətinin qərarına əsasən, UEFA-ya “Beşiktaş Park Stadion”un adı göndərilib.

Avropa futbol qurumunun sözügedən final qarşılaşmaları ilə bağlı yekun qərarı 2024-cü ilin mayında baş tutacaq iclasda bəlli olacaq.

Qeyd edək ki, namizədliyi irəli sürülən arena “Beşiktaş” klubuna məxsusdur.

Elçin ABBASOV,

XQ

İdman