Ermənistanın daimi əhalisi 86 123 nəfər azalıb

post-img

Son 11 ildə Ermənistanın daimi əhalisi 86 123 nəfər azalıb. Bunu Milli Statistika Komitəsinin 2022-ci il siyahıyaalınmasının ilkin məlumatları sübut edir.

Ermənistanın 2022-ci il siyahıyaalınmasının ilkin nəticələrinə görə, Ermənistanın daimi əhalisi 2 milyon 932 min 731 nəfərdir. 2011-ci ilin siyahıyaalınmasına görə, bu rəqəm 3 milyon 18 min 854 nəfər idi.

2022-ci il siyahıyaalınmasına əsasən, Ermənistanın daimi əhalisinin 36%-i kənd, 64%-i isə şəhər əhalisi olub ki, onların da əksəriyyəti (58%)  İrəvana məxsusdur.

Son xəbərlər