Rusiya ABŞ-Ermənistan hərbi təlimindən narahatlığını bildirdi

post-img

ABŞ və Ermənistanın qarşıdakı birgə hərbi təlimləri narahatlıq yaradır. Bu barədə bu gün Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Peskov deyib ki, RF Prezidenti Vladimir Putin bu mövzuda xəbərləri diqqətlə izləyir: “Bu, hazırkı vəziyyətdə narahatlıq doğurur. Putin xəbərləri dərindən təhlil edir və vəziyyəti izləyir”. 

Qeyd edək ki, bu gün Ermənistanın müdafiə nazirliyi İrəvanın Vaşinqtonla birgə sentyabrın 11-20-də “Zar” təlim mərkəzində birgə təlim keçirəcəyinin anonsunu verib. Məlumata görə, iki ölkənin hərbçiləri sülhməramlı missiya çərçivəsində operativliyin artırılması üzrə təlimlər keçirəcəklər. 

 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya