Azərbaycan – Belçika oyununun hakimləri bəlli olub

post-img

Bakıda Azərbaycan və Belçika milli komandaları arasında keçiriləcək futbol üzrə “AVRO-2024”-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib. 

“XQ” UEFA-ya istinadən bildirir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcəklər.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da baş tutacaq Azərbaycan –Belçika görüşü saat 17:00-da başlayacaq.

Elçin ABBASOV,

XQ

İdman