Qanunsuz erməni silahlıları Ordumuzun Laçın rayonu istiqamətində yeni səngər yolları qazmağa cəhd göstəriblər

post-img

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-ə bildirilib ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Son xəbərlər