Blinken Kiyevə gəlib

post-img

ABŞ-ın Dövlət katibi Entoni Blinken Kiyevə rəsmi səfərə gəlib. Bu barədə “Evropeyskaya pravda”ya istinadən “İzvestiya.ru” məlumat yayıb.

Amma məlumat hər iki ölkə tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Ukrayna mətbuatı bildirib ki, yüksək vəzifəli şəxsin gəlişi ilə əlaqədar Kiyevin mərkəzi küçələri bağlanıb. 

Qeyd edək ki, bir gün əvvəl Dövlət Departamenti Blinkenin Kiyevə səfəri ilə bağlı informasiyanı təsdiq etməmişdi. Deparatamentin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinqdə demişdi ki, hər hansı rəsmi səfərlə bağlı heç bir məlumat verə bilməz. 

Paşa ƏMİRCANOV, 

XQ

Dünya