Qısa “YouTube” populyarlaşır

post-img

Sosial media dünyasında, xüsusilə TikTokda qısa videolar tez bir zamanda geniş kütlələrin rəğbətini qazandı.  

Bundan sonra “Youtube” şirkəti də “YouTube Shorts”u istifadəçilərə təqdim etdi. Platforma “YouTube”un əhatə dairəsinin artmasına böyük töhfə versə də, şirkətin gəlirinə mənfi təsir göstərib.

Belə ki, “YouTube Shorts” daha çox izlənilir və artıq ondan qazanc əldə etmək mümkündür. Buna görə  məzmun istehsalçıları bu platformaya üstünlük verirlər.  “YouTube” rəhbərliyi isə populyarlığın qısa videolara keçməsindən narahatdır. Çünki belə olan halda uzun videolara maraq azalır. Şirkət isə ən mühüm gəlirini uzun videolardan əldə edir. “YouTube Shorts” bu nöqtədə gəlirlərin azalmasına səbəb olur. 

Qeyd edək ki, artıq şirkətin menecerləri bu məsələ üzərində işləyir və “YouTube Shorts” videolarının optimallaşdırılmasını nəzərdən keçirirlər.

Əfsanə ƏHƏDLİ
XQ

 

Dünya