NASA Ayda baza quracaq

post-img

NASA 2030-cu ildə Ayda baza qurmağı hədəfləyir. Bu məqsədlə alimlər astronavtların Ayda uzun müddət qalmasına imkan verəcək enerji mənbəyi hazırlayıblar.

Tədqiqatçılar bazada həyatı mümkün etmək üçün xaşxaş toxumu qədər kiçik nüvə hüceyrələri inkişaf etdiriblər. Yeni texnologiya sayəsində atom elektrik stansiyası bir avtomobil böyüklüyündə olur. Həmçinin bildirilib ki, yaxın aylarda nüvə yanacaqlarının bütün aspektləri sınaqdan keçiriləcək və bundan mikro nüvə elektrik stansiyasında istifadə ediləcək.

Qeyd edək ki, elektrik stansiyasının raketə yüklənməsi və Aya aparılması mümkün olacaq.

Aytən NƏCƏFOVA 
XQ

 

Dünya