Xilaskar robot-cərrah

post-img

Kanadada “Da Vinçi” adlı robot-cərrah həkimlərin əməliyyat edə bilmədiyi xəstəni həyata qaytarıb. Belə ki, o, xəstənin badamcıqlarından şişi götürməyə müvəffəq olub.

Robotlar tibb sahəsində getdikcə daha çox uğur qazanır, mürəkkəb cərrahi əməliyyatlarda tibb işçilərinə mühüm dəstək verir. 

Qeyd edək ki, Glenn Deir adlı xəstəyə 16 il əvvəl sol badamcıq xərçəngi (papillomavirus (HPV) diaqnozu qoyulub. Bu, xərçəngin nadir formasıdır və virusa məruz qalan insanların əksəriyyəti bundan qurtulsa da, Deir radiasiya terapiyasından sonra yaranan ağırlaşmalara görə əməliyyat olunmalı idi. 

Deirin səhhətindəki ağırlıq onun üçün böyük təhlükə yaradırdı. Şişin çıxarılması üçün badamcıq, dil və boğazı dəqiqliklə kəsmək lazım idi. Lakin HPV müalicəsi nəticəsində toxumalarda sərtləşmə müşahidə olunurdu. Bu zaman həkimlər “Da Vinçi” robot-cərrahdan istifadə etməyi təklif ediblər.

Xoşbəxtlikdən robot-cərrah əməliyyatı yüksək dəqiqlik və müvəffəqiyyətlə həyata keçirməyə nail olub. 3 saatlıq əməliyyat mütəxəssis Korsten tərəfindən icra olunub. 

Səadət Rzayeva
XQ

 

Dünya