Qırğızıstan “TikTok”u qadağan etdi

post-img

Qırğızıstan “TikTok” sosial media platformasının qadağan olunmasına qərar verib.

Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada, “TikTok”la  bağlı bir çox qeyri-hökumət təşkilatlarından şikayətlərin daxil olduğu və uşaqların psixi inkişafına, sağlamlığına mənfi təsir etdiyi bildirilib.

Həmçinin, platformanın istifadəçiləri qısa kliplərdən ibarət virtual aləmə sürüklədiyi, gənc nəslin həyat üçün təhlükə yaradan bu videoları təkrarlamağa çalışdığı, insanlarda asılılıq yaradan məzmunların emosional vəziyyətə pis təsir etdiyi qeyd edilib. 

Aparılan yoxlamalar əsasında “TikTok”un ölkədə qadağan edilməsi barədə qərarın qəbul olunması üçün Rəqəmsal İnkişaf Nazirliyinə müraciət edilib. 

Əfsanə ƏHƏDLİ, 
XQ

 

Dünya