Hindistan Günəşə doğru peyk göndərir

post-img

Hindistan Kosmik Agentliyi “Chandrayaan-3” gəmisini Aya uğurla endirdikdən sonra Günəşə  yeni peyk göndərməyi qərara alıb. Belə ki, bu iddialı missiyadan  sonra bu gün, sentyabrın 2-də “Aditya-L1” adlı peyk Günəşə buraxılır.

Hind dilində “Günəş” mənasını verən “Aditya” peyki ilə kosmosdan Yerə ən yaxın ulduzun fəaliyyətini və Günəş fırtınaları kimi kosmik hava hadisələrini müşahidə etmək planlaşdırılır. Peyk Hindistanın əsas bazası olan Satish Dhawan Kosmik Mərkəzindən havaya qalxacaq. Ümumi səyahətin təxminən, 4 ay çəkəcəyi gözlənilir.

 “Bu missiya Günəşin dinamik fəaliyyətini anlamaq və kosmik mühitimizi izləmək üçün ilk cəhdimizdir” – deyə hindli fizik Dibyendu Nandi qeyd edib.

Aytən NƏCƏFOVA, 
XQ

 

Dünya