Plazma buludu Marsa çatdı

post-img

Astronomlar Günəş tacından güclü plazma püskürməsi aşkar ediblər. Bu, Marsda qütb parıltısına səbəb olacaq. Ola bilsin ki, bu hadisə “Qırmızı planet”in atmosferinə ziyan vursun. Bu barədə “Spaceweather” məlumat yayıb.

Günəşdə partlayış avqustun 26-da baş verib. Elm adamları onu “M” sinifinə aid  edirlər. Bu, Günəş püskürməsinin ikinci ən güclü növüdür. NASA-nın hesablamalarına görə, plazma buludu sentyabrın 1-də Marsa çatıb.

Günəş fırtınası Yeri təhdid etmir. Lakin o, Yerdən atmosferi,  təxminən, 100 dəfə seyrək olan Mars üçün təhlükə yaradır.

Yeri gəlmişkən, Günəş partlayışları nəticəsində yaranan maqnit qasırğaları insanların sağlamlığına təsir edir.

XQ

 

Dünya