Firon dövrü balzamının qoxusu...

post-img

Alman alimləri, təxminən, 3 min 500 il əvvəl qədim Misirdə istifadə edilən mumiyalama balzamının iyini yenidən yaradıblar. Mütəxəssislər eramızdan əvvəl 1450-ci ildə, XVIII sülalə dövründə yaşamış zadəgan xanım Senteneyi mumiyalamaq üçün istifadə olunan maddələri tədqiq ediblər. Bu qadın firon II Amenhotepin dayəsi olub. 

Alimlər yüksək temperaturlu qaz xromatoqrafiyası və kütləvi spektrometriya daxil olmaqla qabaqcıl üsullardan istifadə ediblər. Onlar müəyyən ediblər ki, balzamın tərkibində arı mumu, bitki yağı, piy, bitum, iynəyarpaqlı ağacların və püstə qatranlarının qarışığı var.

Mumiyalama balzamının ətri 2023-cü ilin payızında Danimarkada keçiriləcək sərgidə təqdim olunacaq.

XQ

 

Dünya