Kolizey yenə əzəmətlidir

post-img

Kolizey durduqca Roma da duracaq, yox olacaqsa, o vaxt Roma da məhv olacaq” ifadəsi əbəs yerə deyilməyib. Tikildiyi gündən Romanın güc, əzəmət simvolu olan Kolizey amfiteatrı elə günümüzdə də insanlar tərəfindən çox sevilir. 

Tikili “Flavi” sülaləsinin nümayəndələri tərəfindən tikildiyinə görə onu “Flavi amfiteatrı” adlandırmışlar. Uzun illər qladiatorların və vəhşi heyvanların döyüş və edam səhnələrinə şahidlik edib. Edam olunanların çoxunun isə xristianlığı qəbul edən şəxslər olduğu bildirilir. 

Hazırda İtaliya hökuməti Kolizeyə böyük diqqət və qayğı göstərir. Tikilinin dağılmasının qarşısını almaq üçün bir çox tədbirlər görülüb və abidə qismən də olsa bərpa edilib.

Qədimdə olduğu kimi, elə indi də Kolizey Romanın ən parlaq rəmzidir, o, “əbədi şəhər”də ən məşhur turist obyekti də sayılır. Abidə dünyanın yeni 7 möcüzəsi siyahısına daxil edilib.

Leyla HADİ, 
tələbə-jurnalist

 

Dünya