Əksər yerlərdə yağış yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sentyabrın 2-də Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.  Şimal-şərq küləyi əsəcək. Gecə  20-23° , gündüz  27-31° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm  civə sütunu, nisbi rütubət gecə 70-75 , gündüz 50-55  faiz  olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu: ­Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə  arabir  leysan xarakterli  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz  30-35°, dağlarda gecə 8-13°, gündüz  14-19° isti olacaq.

Q. Qasımov, XQ

 

Ekologiya