Normal yataq temperaturu

post-img

ABŞ-nin Kembric Universitetinin əməkdaşlarının apardıqları yeni araşdırma zamanı ekspert qrupu 65 yaşdan yuxarı 50 nəfərin gecə yuxusunu izləyib. Tədqiqatda həmin yaş qruplarının rahat gecə yuxusu yatmaqları üçün otaq temperaturunun vacibliyi müəyyən olunub.

Araşdırmanın nəticəsində ciddi fərqlərin olduğu məlum olub və 20–25 dərəcə otaq temperaturunun 65 yaşdan yuxarı olan şəxslərin düzgün yuxu yatması üçün ideal olduğu ortaya çıxıb. Bundan əlavə, otaq temperaturu 30 dərəcədən yuxarı qalxdıqda yuxunun keyfiyyətinin 5–10 faiz azaldığını aşkar edilib.

 Harvard Universitetinin professoru Amir Baniassadi tədqiqat haqda belə deyib: “Nəticələr evdə temperatur mühitinin optimallaşdırılması ilə yuxu keyfiyyətinin yaxşılaşdırıla biləcəyini göstərir. Eyni zamanda, bu araşdırma isti havaların yaşlı insanların yuxu keyfiyyətinə potensial təsirinin olduğunu sübut edib”.

Z.HÜSEYNLİ, XQ

 

Sosial həyat