“Qarabağ”ın rəqibləri məlumdur

post-img

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Fransanın Monako şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olub. Püşkatmaya ikinci səbətdən qatılan Ağdam təmsilçisi Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq. 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

Leyla SABİRQIZI, XQ

 

İdman