Nicat Abasov 38 pillə irəliləyib

post-img

Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrossmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyib (16-cı yer). Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.

Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.

Reytinqə dünya kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. 

Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. 

Leyla SABİRQIZI, XQ

 

İdman