Azərbaycanın UEFA reytinqində növbəti xalları

post-img

Azərbaycan “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı nəticəsində UEFA reytinqində növbəti xallarını qazanıb.

Belə ki, Bakıda Sloveniya klubu “Olimpiya” ilə 1:1 hesabı ilə bərabərə qalan Ağdam təmsilçisi ölkə reytinqinə 0,125 xal əlavə edib. Ölkəmizin cari mövsümdəki xalları bununla da 
­2,625-ə çatıb. Azərbaycan 16,875 xalla reytinqdə 29-cu yerdədir. 

İngiltərə 89,178 xalla reytinq cədvəlinin lideridir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədədir.

Leyla SABİRQIZI, XQ

İdman