ABŞ Kiyevə yeni hərbi yardım paketini açıqlayıb

post-img

ABŞ-in Kiyevə 250 milyon dollarlıq yeni hərbi yardım paketinə HIMARS mərmiləri daxildir

ABŞ hakimiyyəti Ukraynaya 250 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin geniş bəyanatında deyilir.

“Bu gün biz Ukraynaya daha bir hərbi yardım paketinin təqdim edildiyini elan edirik”, - deyən dövlət katibi əlavə edib ki, onun həcmi 250 milyon dollardır.

Blinken qeyd edib ki, yeni paketə hava hücumundan müdafiə üçün AIM-9M raketləri, HIMARS üçün mərmilər, 155 mm və 105 mm-lik artilleriya sursatları, minatəmizləmə avadanlıqları, “Javelin” tank əleyhinə raket kompleksləri daxildir. Bundan əlavə, ABŞ Ukrayna Silahlı Qüvvələrinə 3 milyondan çox patron və təcili yardım maşınları göndərəcək.

Bir gün əvvəl ABŞ müharibə başlayandan bəri Ukraynaya verilən silahların sayını açıqlamışdı. Pentaqonun nümayəndəsi Ketlin Hiksin sözlərinə görə, 18 ay ərzində Kiyevə 3,1 milyondan çox raket, raket, minaatan və artilleriya qurğusu göndərilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya