Səudiyyə Ərəbistanı: "Türk investorlara güvənirik"

post-img

Səudiyyə Ərəbistanının sənaye və mineral sərvətlər naziri Bəndər bin İbrahim əl-Hüreyf türkiyəli investorlara güvəndiklərini bildirib.

Paytaxt Ankarada keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı dəyirmi masadan sonra əl-Hureyf mətbuat mənsublarına Türkiyə səfərini dəyərləndirib.

Türkiyəyə səfərindən məmnunluğunu ifadə edən əı-Hureyf iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və böyük irəliləyiş əldə etdiklərini bildirib.
Bu səfərin əsasən Səudiyyə Ərəbistanındakı investisiya imkanlarını, xüsusilə sənaye və mədənçıxarma sektorunu türk sərmayədarlara tanıtmaq məqsədi daşıdığını qeyd edən Hureyf “Türk sərmayədarlara güvənirik və Türkiyənin bu imkanlardan faydalanmasını ürəkdən ümid edirik” deyib.

Türkiyə səfərini İstanbulda başa vuracağını ifadə edən əı-Hureyf "İki ölkə arasında əməkdaşlığın qurulmasına böyük əhəmiyyət veririk. İki ölkə arasında sənaye və mədənçilik sahəsində əməkdaşlığın tamamlanması üçün əlimizdən gələni edəcəyik" ifadəsini işlədib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya