“Luna-25” göyərtəsində fövqəladə vəziyyət yaranıb

post-img

"Luna-25" avtomatik stansiyasından enişdən əvvəl orbitə keçmək üçün impuls verildikdən sonra fövqəladə vəziyyət yaranıb. Bu barədə "Roskosmos"da jurnalistlərə məlumat verilib.

“Bu gün "Luna-25" uçuş proqramına uyğun olaraq, Moskva vaxtı ilə saat 14:10-da stansiyanın enişdən əvvəl orbitə köçürülməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində fövqəladə vəziyyət yaranıb ki, bu da manevrin göstərilən parametrlərlə həyata keçirilməsinə imkan verməyib”, - deyə dövlət korporasiyası bildirib.

Məlumat verilib ki, hazırda rəhbərlik qrupunun mütəxəssisləri vəziyyəti təhlil edirlər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya