Rostova pilotsuz təyyarələrin hücumu olub

post-img

İki pilotsuz təyyarə Rostov vilayətində Kamenskdəki hərbi hissənin ərazisinə, digər pilotsuz təyyarə Novoşaxtinsk yaxınlığında düşüb. Dronlar elektron müharibə sistemləri ilə (RMS) zərərsizləşdirilib. Tələfat və dağıntı olmayıb. Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.

“Bu gün səhər tezdən bölgəmizdə kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə terror aktı törətməyə cəhd edilib. RMS qurğuları PUA-larda uğurla sınaqdan keçirilib. Hədəfin kiçik olması səbəbindən hava hücumundan müdafiə sistemlərindən istifadə edilməyib”,- Qolubev "Telegram" kanalında yazıb.

Bu gün səhər saatlarında, avqustun 20-də Müdafiə Nazirliyi və Moskva meri Sergey Sobyanin bildirib ki, saat 4:00 radələrində Stupinski rayonunda Moskvaya yaxınlaşan pilotsuz təyyarə aşkar edilərək zərərsizləşdirilib. Kurskda stansiya binasına daha bir pilotsuz təyyarə düşüb, nəticədə 5 nəfər xəsarət alıb.

"Xalq qəzeti"

Dünya