Danimarkalı nazir Quranın yandırılmasına görə üzr istəyib

post-img

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen müsəlman ölkələrinin Kopenhagendəki diplomatik nümayəndəlikləri qarşısında Quranın yandırılması ilə bağlı insidentlərə görə üzr istəyib. Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rasmussen Əlcəzai­rin xarici işlər naziri Əhməd Attaf ilə tele­fon danışığı aparıb.

Danimarkalı nazir müsəlman ölkələ­rinin, o cümlədən Əlcəzairin diplomatik nümayəndəliklərinin binaları qarşısında müsəlmanlar üçün müqəddəs “Qura­ni-Kərim”in yandırılması ilə bağlı ha­disələrdən təəssüfləndiyini bildirib.

Rasmussen Quranın yandırılmasını qəbuledilməz hadisə adlandırıb və üzr istəyib. Onun sözlərinə görə, belə ha­disələr Danimarka cəmiyyətindəki tole­rantlıq ənənələrinə tamamilə ziddir.

Siyasətçi, həmçinin qeyd edib ki, Danimarka hökuməti bu cür hərəkətləri qadağan edən qanun layihəsini yekun­laşdırır.

Leyla HADİ,
tələbə-jurnalist

Dünya