Kiyev və Vaşinqton Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər

post-img

Ukrayna prezidentinin Aparatının rəhbəri Andriy Yermak ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşündə Ukraynanın prioritet müdafiə ehtiyaclarını, xüsusən də liman infrastrukturunu qorumaq üçün Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib. 

Söhbət avqustun 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı Krallığı) milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirlər səviyyəsində Ukrayna sülh düsturunun həyata keçirilməsinə dair görüş çərçivəsində baş tutub.

Həmsöhbətlər Sülh Formulasının həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın Alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya