Türkiyənin "Bayraktar" pilotsuz təyyarələri Səudiyyə Ərəbistanında istehsal olunacaq

post-img

Səudiyyə Ərəbistanının dövlət müdafiə sənayesi şirkəti SAMI ilə Türkiyənin "Baykar" şirkəti arasında hücum pilotsuz uçan aparatlarının istehsalının lokallaşdırılmasına dair müqavilə imzalanıb.

Bu barədə SAMI öz "Tvitter" səhifəsində məlumat yayıb.

SAMI-nin açıqlamasında deyilir ki, müqavilə "Bayraktar Akıncı" pilotsuz təyyarələri və sistemlərinin Səudiyyə Ərəbistanında istehsalına icazə verəcək.

SAMI qeyd edib ki, saziş Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə "Baykar" arasında əvvəllər imzalanmış iki müqavilənin davamıdır.

S.ELAY,

"Xalq qəzeti"

Ordu