Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq mərkəzinin açılışı keçirilib

post-img

Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə XX əsr türkologiya elminin görkəmli nümayəndəsi, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzinin açılışı keçirilib.

Azərbaycanşünaslıq mərkəzinin açılış mərasimində Azərbaycan Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov, AMM-nin direktoru Akif Marifli və universitetin rektoru Sanjar Adilov Azərbaycanşünaslıq Mərkəzinin açılışını ediblər.  

Rafael Hüseynov öz çıxışında deyib: “Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. O, özbək əsilli olsa da həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr etmiş və türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yer tutub. Onun irsi bu gün də актuallığını qoruyur və türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir. Belə mərkəzlərin yaradılması gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.”

Qeyd olunub ki, yeni yaradılan Azərbaycanşünaslıq mərkəzi Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, foto materiallar və müxtəlif tədris vəsaitləri ilə təmin edilib.

Mərkəzin tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alıb.

Bildirilib ki, bu mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd













Mədəniyyət