Çinin siqnalları Ukraynanın müttəfiqlərini ruhlandırır

post-img

Çin Ukraynadakı müharibənin həlli üçün gələcək beynəlxalq danışıqlarda iştirak etməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Bu barədə "Financial Times" qəzeti bu gün adı açıqlanmayan Avropa rəsmilərinə istinadən yazır.

Nəşrin həmsöhbətləri Çinin Səudiyyə Ərəbistanında Ukrayna Sülh Formulu üzrə danışıqlarda “konstruktiv” iştirakını alqışlayıblar. Avropalı diplomatlardan biri deyib ki, Çin “konstruktiv görünür” və “Rusiya olmadığını göstərmək istəyir”. "Çinin mövcudluğu Rusiyanın getdikcə daha çox təcrid olunduğunu göstərir", - deyə mənbə vurğulayıb.

Digər bir Avropa rəsmisi Çinin "bu səviyyədə üçüncü görüşün keçirilməsi ideyasında fəal iştirak etdiyini və müsbət olduğunu" söyləyib.

FT qeyd edir ki, milli təhlükəsizlik müşavirləri səviyyəsində keçirilən görüş heç bir konkret inkişaf olmadan gözlənildiyi kimi başa çatıb. Amma əvvəllər Kopenhagendə bu cür danışıqlarda iştirakdan imtina edən Pekinin iştirakı Kiyev istiqamətində dönüş nöqtəsi kimi qəbul edilir və tədbir iştirakçılarının diqqət mərkəzinə düşdü.

Rəsmi Pekin hələlik bu görüşə münasibət bildirməyib.

Səudiyyə Ərəbistanının avqustun 6-da yaydığı bəyanatda deyilir ki, danışıqlar aparan tərəflər “sülhə yol açacaq ümumi mövqe inkişaf etdirmək üçün beynəlxalq məsləhətləşmələrin və mübadilələrin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər”. Eyni zamanda, FT-nin həmsöhbətlərindən birinin sözlərinə görə, bütün nümayəndələr Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin istənilən sülh sazişinin əsası olması ideyasına “geniş dəstək” ifadə ediblər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya