NATO Belarus – Polşa münaqişəsinə qarışmır

post-img

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı Polşanın Belarusa qarşı ittihamları ilə bağlı kollektiv müdafiə prinsipindən istifadə variantını nəzərdən keçirmir. " NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda belə bir vəziyyətdə deyilik".

5-ci maddə isə Şimali Atlantika Alyan­sının bir və ya bir neçə üzv ölkəsinə silah­lı hücum halında kollektiv cavab tədbirləri nəzərdə tutur.

Xatırladaq ki, avqustun 1-də Polşa Xa­rici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu bəyan edib. Polşa hərbçiləri hesab edirlər ki, Bela­rus hakimiyyəti NATO-nun şərq cinahına və birbaşa Polşaya qarşı qəsdən təxribata başla­yıb.

Polşa ilə Belarus arasında münasibətlərin pisləşməsi isə Rusiyanın maraqlarına xidmət edir. Rusiya Prezidenti Vladimir Putin hər zaman bildirir ki, guya Polşanın Ukraynaya qarşı ərazi iddiası var. Əgər Polşa ordusu köək məqsədilə Ukraynaya girsə onun qərb vilayətində möhkəmlənəcək,orada qalacaq.Gələcəkdə isə həmin əraziləri ilhaq edəcək. Amma Polşanın elə bir iddiası yoxdur. Tez­liklə bu gərginlik aradan qaldırılacaq. Avro­pa İttifaqı və ABŞ iki ölkə arasında gərginli­yin artmasına icazə verməz.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya