Türkiyənin Mərkəzi Yozgat vilayətində yerləşən 2000 illik “Basilica Therma” adlı Roma hamamında geniş abadlıq-quruculuq işləri son mərhələsinə yaxınlaşır.
Yozgat valisi Ziya Polat jurnalistlərə açıqlamasında bildirib ki, abadlıq işləri avqustun 15-də başa çatacaq və bu, dəyərli turistik məkanda sakinlərə və qonaqlara xidmət göstəriləcək. Layihə çərçivəsində hamamın ətrafında qəbul mərkəzi, yerli məhsullar bazarı, yeməkxana, həmçinin gəzinti və foto çəkiliş sahələri də yaradılacaq.
Yerli sakinlər tərəfindən "Kral qızı" kimi də tanınan bu məkan 2018-ci ildə YUNESKO-nun Müvəqqəti Dünya İrs Siyahısına daxil edilib.
Tarixçilərə görə, Yozgatın Sarıqaya rayonunda yerləşən bu hamamın suyu vaxtilə Kayseri vilayətində yaşayan Roma imperatorunun sağalmaz xəstəlikdən əziyyət çəkən qızını sağaltmışdı.
F. HÜQUQQIZI, “Xalq qəzeti”

