Yeni superkeçirici diod

post-img

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları elektron cərəyan ötürülməsini gücləndirə və mürəkkəb hesablamalarda enerji istifadəsini azalda bilən səmərəli superkeçirici diod yaradıblar.

“Scitech” saytı xəbər verir ki, institut­dan bir qrup alim kvant hesablamalarına sərf olunan maliyyə vəsaitini azaltmaq üçün tədqiqatlara başlayıb və nəticədə cərəyanı indikindən daha səmərəli ötürə bilən, sadə superkeçirici cihaz əldə edib­lər. Bu cihaz yüksək hesablama sistem­lərinin enerji istehlakını kəskin surətdə azaltmağa proqramlaşdırılıb. İnkişafın il­kin mərhələsində olmasına baxmayaraq, diod digər oxşarlarından iki dəfə artıq səmərəlidir. Araşdırmaçılar sözügedən texnologiyanı ən lazımlı sahə olan kvant hesablamalarına uyğunlaşdırmağa çalı­şırlar.

Massaçusets Texnologiya İnstitu­tunun Fizika departamentinin müdiri Caqadiş Mudera qeyd edir ki, üzərində təkmilləşdirmə əməliyyatı aparılan diod texnologiyası gələcəkdə robot qurğula­rı üçün də əvəzedilməz vasitə olacaq, diodun az enerji sərfi hesabına cihazda temperaturu tənzimləməsi onun ömrünü uzadacaq.

Leyla HADİ,
tələbə-jurnalist

Dünya