“Huawei” şirkəti də yeni qatlana bilən telefon istehsalına başlayıb. “Mate X3 Pro 5G”nin tezliklə satışa çıxarılacağı gözlənilir.
Çin texnologiya nəhəngi tərəfindən 4 avqust 2023-cü ildə keçiriləcək Huawei Developers Konfransında təqdim ediləcək cihaz şirkətin 3 yeni smartfon modeli arasında ən diqqətçəkən model olaraq xarakterizə edilir.
Qeyd edək ki, “Sony” şirkəti də bu ilin mayında qatlana bilən ilk smartfonunu buraxmışdı.
F. SALMANOVA, “Xalq qəzeti”

