Gözlənilməz kəşflər

post-img

Bütün elmi kəşflər uzun təcrübələrdən və yorucu düşüncələrdən sonra əldə edil­məyib. Bəzən tədqiqatçılar fərqli, gözlənilməz nəticələr qazanıblar. 

Məsələn, 1669-cu ildə Hamburq kimyagəri Hennig Brand fəlsəfə da­şının axtarışı zamanı ağ fosfor kəşf edib. Mikrodalğalı soba da təsadüfün nəticəsidir. “Raytheon Corporation”un mühəndisi Persi Spenser 1945-ci ildə radar layihəsi üzərində işləyərkən maqnetronu sınaqdan keçirib. Bu za­man cibindəki şokoladın əridiyini mü­şahidə edib. Beləliklə, Persi Spenser mikrodalğalı radiasiyanın qidaları qız­dıra biləcəyini başa düşüb. Elə həmin il “Raytheon Corporation” mikrodalğalı sobanı patentləşdirib.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Maraqlı