NASA-da elektrik kəsilməsi …

post-img

ABŞ Aerokosmik Agentliyində (NASA) elektrik enerjisinin kəsilməsi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə əlaqənin qısa müddətə dayanmasına səbəb olub.

Texas ştatının Hyuston şəhərindəki “Johnson Space Center”də baş verən kəsintidən dərhal sonra ehtiyat sistem işə salınıb. Astronavtlarla müvəqqəti ünsiyyət problemi yaşanıb.  

Proqram rəhbəri Joel Montalbano astronavtlar üçün heç bir təhlükənin olmadığını bildirərək, ehtiyat sistemlərin 90 dəqiqə ərzində tam nəzarətə alındığını və kəsilmənin 20-ci dəqiqəsində astronavtların vəziyyətlə bağlı xəbərdar edildiyini bildirib. O, ilk dəfə baş verən fasilə səbəbiylə NASA-nın ehtiyat sistemlərdən istifadə etməli olduğunu da qeyd edib.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

 

Dünya